Yeni ixtira edilən bu qaşıq şit yeməyi duzlu edir - FOTO

Unikal texnologiyaları ilə tanınan yaponiyalı alimlər daha bir müasir cihazları ilə gündəm olmağı bacarıblar. Budəfəki ixtira insan sağlamlığını qorumaq üçündür.

meqale.com oxuya istinadən bildirir ki, belə ki, onlar şit yeməyə duzlu dad verən "ağıllı" qaşıqlar hazırlayıblar.

Elm adamlarının sözlərinə görə, cihaz zəif elektrik cərəyanı ilə natrium ion molekullarını dildə cəmləşdirir və nəticədə yeməyin dadı dəyişir.

Həkimlərin fikrincə, belə bir cihaz tez-tez müxtəlif xəstəliklərə səbəb olan həddindən artıq duz istehlakı problemini həll etməyə kömək edə bilər.

Qeyd edək ki, bundan əvvəl yaponiyalı alimlər gizli danışıqlar üçün sinxron tərcümə sistemi yaratmışdı.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun