Yeni şirkətlərin IGB-nin imkanlarını bron etmək üçün daha çox fürsəti olacaq

Yeni şirkətlərin IGB-nin imkanlarını bron etmək üçün daha fürsəti olacaq.

Yeni şirkətlərin IGB-nin imkanlarını bron etmək üçün daha çox fürsəti olacaq
Yeni şirkətlərin IGB-nin imkanlarını bron etmək üçün daha fürsəti olacaq.

meqale.com xəbər verir ki, bu barədə Trend-ə özəl müsahibəsində ICGB-nin icraçı direktoru Teodora Georgiyeva deyib.

"İnterkonnektorlar və maye təbii qaz (MTQ) terminalları kimi yeni infrastrukturun inkişafı həm Yunanıstan və Bolqarıstan üçün, həm də bütünlükdə region üçün enerji təhlükəsizliyini və təbii qaz tədarüklərinin diversifikasiyasını artırır. Yunanıstan strateji olaraq MTQ terminallarının, misal üçün, Aleksandrupolisdəki terminalın inkişafına fokuslandığından, bazarda IGB-nin imkanlarına böyük tələbat olacağı və əvvəllər regionda bu cür aktivlik nümayiş etdirməyən yeni şirkətlər üçün imkanların bronlanması üçün daha çox fürsətin olacağı gözlənilir", - o deyib.

Teodora Georgiyevanın sözlərinə görə, ICGB bunu nəzərə alaraq, artan təbii qaz həcmlərinin nəqlini təmin etmək məqsədilə IGB boru kəmərinin imkanlarının genişləndirilməsi üzərində fəal şəkildə işləyir.

"Bu cür addım, şübhəsiz, tədarüklərin yeni və etibarlı marşrutlarına artan tələbatı qarşılamağa kömək edəcək və qonşu ölkələrə tədarükləri genişləndirməyə imkan verəcək", - icraçı direktor qeyd edib.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb. İnterkonnektorla Bolqarıstana qaz tədarükünün müqavilə həcmi ildə 1 milyard kubmetrdir. IGB-nin ümumi gücü ildə 5 milyard kubmetrədək genişləndirilmə imkanı ilə 3 milyard kubmetrdir.

İnterkonnektorun buraxılış gücünün artırılaraq, 5 milyard kubmetri keçməsi əlavə qaz kəməri inşa etmək hesabına mümkündür. Planlaşdırma mərhələsində boru kəmərinin texniki gücü təqribən ildə 5 milyard kubmetr olaraq hesablanıb və bu hədəfə nail olmaq yaxın gələcək üçün nəzərdə tutulur.