Yeni virus ortaya çıxdı: 3 gün ərzində öldürür

Koronavirusdan sonra bütün bəşəriyyəti narahat edəcək yeni bir virus ortaya çıxıb.

Yeni virus ortaya çıxdı: 3 gün ərzində öldürür
Koronavirusdan sonra bütün bəşəriyyəti narahat edəcək yeni bir virus ortaya çıxıb.

meqale.com publika.az-a istinadən xəbər verir ki, Çində yerləşən "Hebei" Tibb Kollecinin alimləri laboratoriya mühitində "Ebola" virusu hazırlayıblar. Testlərdə bu virusun 3 gün ərzində ölümcül təsir göstərə biləcəyi müəyyən edilib.

Virusun hamsterlər üzərində sınaqdan keçirildiyi testlərdə onun qısa müddətdə orqan çatışmazlığı kimi ciddi əlamətlərə səbəb olduğu müşahidə edilib.