Yevlaxda bədbəxt hadisə - ölən və yaralanan var - yenilənib - FOTO

21:19 Yevlaxda baş verən bədbəxt hadisə nəticəsində ölən və yaralanan şəxslərin kimliyi məlum olub.

Yevlaxda bədbəxt hadisə - ölən və yaralanan var - yenilənib - FOTO
21:19 Yevlaxda baş verən bədbəxt hadisə nəticəsində ölən və yaralanan şəxslərin kimliyi məlum olub.

APA-nın yerli müxbirinin məlumatına görə, hadisə zamanı həlak olan şəxs traktorçu Mustafayev Firdovsi İlqar oğludur.

"QAZ-24" markalı avtomobilin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

------------ 19:54 Yevlaxda batan avtomobili çəkən traktor aşıb, ölən və yaralanan var.

meqale.com xəbər verir ki, traktor palçıq ərazidə batmış "QAZ-24" markalı minik maşınını çəkərkən aşıb.

Nəticədə bir nəfər ölüb, bir nəfər yaralanıb.