Yığmamızın baş məşqçisindən Ronaldo AÇIQLAMASI
Portuqaliya millisindəki yeganə ulduz Kriştiano Ronaldo deyil.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş bu fikirdədir.
O, bu gün AFFA-nın inzibati binasında təşkil olunan mətbuat konfransında Kriştiano Ronaldonun AVRO-2016-da Portuqaliya yığmasını uğura daşımasına münasibət bildirib. Santuş sonradan aralarında problem yaranan veteran futbolçunu yeganə ulduz saymır: "Fikrimcə, bu uğura görə tək o yox, bütün komanda ulduz sayılır".