“Yuventus”dan Səudiyyə Ərəbistanı klubuna keçdi
Səudiyyə Ərəbistanı klubları "Yuventus"un yarımmüdafiəçisi Filip Kostiçlə maraqlanır.
meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. Bildirilib ki, 31 yaşlı Kostiçin Səudiyyə Ərəbistanına transferi böyük ehtimalla bu ay reallaşacaq.
Qeyd edək ki, 2022-ci ildən "Yuventus"da oynayan futbolçunun müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.