Zaurun efirində ara qarışdı - ekspertlərin mikrafonları SÖNDÜRÜLDÜ - VİDEO

ATV-də yayımlanan "Bizimləsən" verilişinin son buraxılışında ekspertlər arasında gərgin anlar baş verib.

Zaurun efirində ara qarışdı - ekspertlərin mikrafonları SÖNDÜRÜLDÜ - VİDEO
ATV-də yayımlanan "Bizimləsən" verilişinin son buraxılışında ekspertlər arasında gərgin anlar baş verib.

meqale.com xəbər verir ki, proqramın eksperti, opera ifaçısı Taleh Yahyayev digər ekspertlər, bloqer Sevinc və xanım vəkillə mübahisəyə çıxıb.

Tərəflər bir-birini sözünü kəsməkdə və müzakirəyə mane olmaqda ittiham ediblər.

Studiyadakı vəziyyət getdikcə daha da gərginləşdiyindən aparıcı Zaur Baxşəliyev məsələyə müdaxilə etməli olub. O, canlı efirdə ekspertlərin mikrofonlarının səsini bağlatdırıb.

Hadisə sosial şəbəkələrdə də müzakirə doğurub və izləyicilər proqramdakı gərginliyə müxtəlif reaksiyalar veriblər.