Zelenski: Bu, geriyə doğru addımdır

Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiya ilə Ukrayna arasında qismən atəşkəs rejiminin müzakirəsi müharibənin başa çatması kontekstində geriyə doğru addımdır.

meqale.com bildirir ki, bunu o, Norveçin baş naziri Jonas Gahr Store ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ukrayna və Amerika rəsmilərinin Ciddə görüşündə ABŞ tam atəşkəs təklif edib, Ukrayna isə daha real addım kimi havada və dənizdə atəşkəsin əldə olunmasında israr edib:

"Biz dərhal reaksiya verdik, çünki bu, Ukrayna nümayəndə heyətinin görüşə getdiyi gündəmdəki dəyişiklikdir. Mən təsdiqlədim: biz müharibənin sona çatması istiqamətində irəliləməyə hazırıq".