“Zərbələr mənim əmrimlə endirilib” - Bayden
Xəbər verdiyimiz kimi, ABŞ İraq ərazisinə hava zərbələri endirməyə başlayıb.
meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Baydenin yazılı bəyanatında qeyd olunub.
Bildirilib ki, fevralın 2-si günortadan sonra ABŞ Silahlı Qüvvələri Suriya, həmçinin İraqda Sepah və onunla əlaqəli silahlı qrupun Amerika qüvvələrinə hücum etmək üçün istifadə etdiyi hədəflərə zərbələr endirib:
"Zərbələr mənim əmrimlə endirilib. Eyni zamanda, ABŞ İordaniyadakı silahlı qüvvələrə hücumla bağlı cavab tədbirləri görüb. İraq və Suriyaya hücumlar davam edəcək".