16 yaşlı oğlan bıçaqlandı - həmyaşıdı şübhəli bilinir
Sumqayıtda 16 yaşlı gənc bıçaqlanıb.
meqale.com report-a istinadən xəbər verir ki, hadisə 16-cı mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Şahmuradov Tunar Rəşad oğlu münaqişə zəminində bıçaq xəsarətləri alıb.
Polis əməkdaşları tərəfindən zərərçəkənin qonşusu, 2009-cu il təvəllüdlü Adıgözəlli Nicat Teymur oğlu şübhəli şəxs qismində saxlanılıb.