"İlk sutkadan bağırsaqlar yüngülləşir, qaz azalır" - Diyetoloq

"Çörək yeməsəniz nə olar? Əslində bir çoxunuzun axtardığı dəyişiklik elə burdan başlayır. Çörəyi kəsdiyiniz ilk sutkadan bağırsaqlar yüngülləşir, şişkinlik və qaz azalır. Qan şəkəri stabilləşir, insulin həssaslığı artır və bədən nəhayət rahat nəfəs alır".

meqale.com-ın məlumatına görə, bunu diyetoloq Hicran Şirinova bildirib.

Onun sözlərinə görə, çörək yeməsək bir neçə gün ərzində çəki enməyə başlayır, bədəndə su yığılması azalır: "Dərinin səpgiləri yavaş-yavaş çəkilir, daha nəmli, daha parıltılı görünməyə başlayırsınız. Və ən yaxşısı özünüzü daha enerjili, daha yüngül və daha rahat hiss edirsiniz. Bunların hamısı tək bir dəyişikliklə olur çörəksiz qidalanma".

O, paylaşımına faydalı bildiyi çörək növünü yerləşdirərək "bağırsaq dostu" yazıb. Tanınmış həmkarı Fərid Səfərov da eyni fikirdə olduğunu bildirib, lakin gün ərzində cəmi bir dilim yediyini söyləyib.

"Bəli, mən yeyirəm. Tərkibi - qaraqılçıq buğdasından, balatı üsulu ilə hazırlanan kətan və günəbaxan toxumlu çörək. Özüm üçün təyin etdiyim gündəlik miqdar 1 dilimdir. Paylaşımdakı çörək də çox ləzzətli görünür, əllərinizə sağlıq!" (olke.az)