20-ci əsrin ən məşhur casusu öldü

20-ci əsrin ən məşhur casuslarından biri Oleq Qordiyevski Böyük Britaniyada vəfat edib.

20-ci əsrin ən məşhur casusu öldü
20-ci əsrin ən məşhur casuslarından biri Oleq Qordiyevski Böyük Britaniyada vəfat edib.

meqale.com xarici KİV-ə istinadla bildirir ki, Böyük Britaniyaya qaçan keçmiş KQB agentinin 87 yaşı var idi. Ölümün səbəbləri barədə məlumat verilmir.

Qordiyevski 1962-ci ildən DTK-da çalışaraq polkovnik rütbəsinə qədər yüksəlib. O, 1985-ci ildə Danimarka və Böyük Britaniyada Sovet rezidenturalarında çalışıb. MI6 tərəfindən işə götürülüb. 1985-ci ilin iyulunda SSRİ-dən qaçıb. Vətənə xəyanətə görə qiyabi ölüm cəzasına məhkum edilib.