"Fransada baş verən iğtişaşlar müstəmləkəçilik siyasətinin təzahürüdür"
Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsi müstəmləkəçi siyasətin təzahürüdür.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Afrika Mundus Hərəkatının üzvü, Move hərakatının(siyasi partiya) sədri Edwin Dhaiti deyib.
"Bugün həmçinin Fransada baş verən iğtişaşlar müstəmləkəçilik siyasətinin təzahürüdür. Biz müstəmləkəçilik, ifrat və bölücü siyasətə qarşı etiraz edərək təşkilatlanırıq. Mən öz ölkəm Haitini təmsil edərək,bu cür təşkilatlarda iştirak edərəm səsimizi dünyaya çatdırmağa çalışırıq",- deyə o əlavə edib.