37 yaşlı kişi faciəvi şəkildə öldü - ruhi xəstəxanadan qaçıbmış

Bakıda kişi kimyəvi maddə içərək ölüb.

37 yaşlı kişi faciəvi şəkildə öldü - ruhi xəstəxanadan qaçıbmış
Bakıda kişi kimyəvi maddə içərək ölüb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Sergey Dmitrakov yaşadığı evdə zəhərli məhlul qəbul edib.

Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdirilən şəxs orada vəfat edib.

Bildirilir ki, S.Dmitrakov ruhi-əsəb xəstəliyindən əziyyət çəkib. O, bir neçə il əvvəl yerləşdirildiyi ixtisaslaşmış tibb müəssisəsindən qaçıbmış.

Hadisə ilə bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.