ABŞ-da tornadolar nəticəsində üç nəfər ölüb
ABŞ-ın Oklahoma ştatında tornadolar nəticəsində biri uşaq olmaqla azı üç nəfər ölüb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, ştatda bir neçə güclü tornado qeydə alınıb. Hadisə ilə əlaqədar ştatda fövqəladə vəziyyət elan edilib.