Ançelotti: "Qvardiolaya qarşı oynamaqdan bezmişəm"

"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının pley-off mərhələsinin "Mançester Siti" ilə cavab oyunu öncəsi maraqlı zarafat edib.

Ançelotti:
"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının pley-off mərhələsinin "Mançester Siti" ilə cavab oyunu öncəsi maraqlı zarafat edib.

meqale.com xəbər verir ki, o, Xosep Qvardiolanın rəhbərlik etdiyi "şəhərlilər"lə qarşılaşmaqdan yorulduğunu deyib: 

"Bundan çox yorulmuşam. Qvardiolaya qarşı oynamaqdan yoruldum. Mən hələ də onun fantastik məşqçi olduğunu düşünürəm və şadam ki, bir-birimizi tez-tez görürük. Əslində ikimiz də başa düşürük ki, oyun bizim aramızda deyil, "Mançester Siti" və "Real" arasındadır".