Andrey Lunyov Rusiya millisində

Rusiya millisinin martda keçiriləcək oyunlar üçün ilkin heyəti açıqlanıb.

Andrey Lunyov Rusiya millisində
Rusiya millisinin martda keçiriləcək oyunlar üçün ilkin heyəti açıqlanıb.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, "Qarabağ"ın qapıçısı Andrey Lunyov da yığmaya namizədlər sırasında yer alıb.

Bu ay baş tutacaq təlim-məşq toplanışı üçün ilkin heyətə 38 futbolçu daxil edilib. Lunyov burada yer alan 4 qapıçıdan biridir. Onun əsas heyətə düşməkdə rəqibləri Matvey Safonov ("Krasnodar"), İlya Lantratov ("Lokomotiv") və Aleksandr Maksimenkodur ("Spartak").