Avtomobil qəzasında yaralanan məşhur boksçudan xəbər var

Bir neçə gün öncə Nigeriyada keçirdiyi avtomobil qəzasında xəsarət alan məşhur britaniyalı boksçu Entoni Coşuanın son durumu bəlli olub.

Avtomobil qəzasında yaralanan məşhur boksçudan xəbər var
Bir neçə gün öncə Nigeriyada keçirdiyi avtomobil qəzasında xəsarət alan məşhur britaniyalı boksçu Entoni Coşuanın son durumu bəlli olub.

meqale.com report-a istinadən xəbər verir ki, dünya çempionu Laqos şəhərində yatdığı xəstəxanadan çıxarılıb.

Xəstəxanadan ayrıldıqdan sonra Coşua qəza zamanı həlak olmuş məşqçiləri - Kevin Latif Ayodele və Sina Qaminin dəfninə yollanıb.

36 yaşlı boksçunun bir neçə gün Nigeriyada qalacağı və evdə bərpa olunacağı bildirilib.