Saatlardır qaz kartlarına pul vurmaq olmur
Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə qazla bağlı tətbiq olunan limitin sıfırlanmasından sonra "Azəriqaz" İB-nin smart kart tipli sayğaclarının fəaliyyətində problem qeydə alınıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, istifadəçilər 20 saatdan artıqdır smart kartlara ödəniş edərkən problemlə üzləşdiklərini deyirlər.
Vurğulanır ki, ödəmə terminallarında karta pul yükləmək mümkün olmur. "Azəriqaz" məsələnin terminallarla bağlı olduğunu qeyd edir.
Vətəndaşlar terminallarla əlaqə saxlasalar da, onlar öz sistemlərində problem olmadığını, məsələnin "Azəriqaz"dan qaynaqlandığını bildirirlər.
Qeyd edək ki, saatlardır sosial şəbəkələrdə problem ictimailəşdirilsə də, məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.