98 yaşlı Ömər Eldarovun Dilarə Kazımova ilə rəqsi diqqət çəkdi - VİDEO
Azərbaycanın tanınmış heykəltaraşı, Xalq rəssamı Ömər Eldarovun müğənni Dilarə Kazımova ilə birgə rəqs etdiyi görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
meqale.com xəbər verir ki, sözügedən kadrlar Yeni il gecəsi çəkilib. 98 yaşlı sənətkarın yüksək əhval-ruhiyyə ilə musiqi sədaları altında rəqs etməsi diqqət çəkib. Videoda Eldarovun enerjisi və pozitivliyi izləyicilər tərəfindən maraqla qarşılanıb. Görüntülər qısa müddətdə minlərlə baxış və paylaşım toplayıb.
İstifadəçilər şərhlərdə sənətkarın yaşına baxmayaraq, həyat eşqini qoruyub saxlamasını təqdir ediblər.