117 yaşlı qadının DNT-sində "Gənclik Sirri" tapıldı

Alimlər 117 yaşında dünyasını dəyişən Mariya Branyasın gen xəritəsini araşdıraraq, yaşlanmaya meydan oxuyan nadir bir genetik struktur kəşf ediblər. Tədqiqatlar göstərir ki, onun ürəyindən immun sisteminə qədər bütün biologiyası xronoloji yaşından onlarla il daha gənc davranıb.

117 yaşlı qadının DNT-sində

meqale.com xəbər verir ki, İspaniyadakı Cozep Karreras Leykoz Araşdırma İnstitutu tərəfindən aparılan tədqiqatda Branyasın qan, tüpürcək və sidik nümunələri analiz edilib. Nəticələr heyrətamizdir:

Onun immun sistemi və damar sağlamlığı özündən onlarla il gənc olan fərdlərlə eyni sağlamlıq göstəricilərinə malik olub.

Bədəndəki iltihablanma (inflamasiya) dərəcəsinin həddindən artıq aşağı olması onun xroniki xəstəliklərdən qorunmasını təmin edib.

Aralıq dənizi tipli qidalanma və aktiv həyat tərzi önəmli olsa da, əsas fərqi yaradanın beyni və immun sistemini qoruyan nadir genetik variantlar olduğu müəyyən edilib.

Araşdırmanın ən maraqlı tərəfi telomerlər (xromosomların uclarındakı qoruyucu başlıqlar) ilə bağlıdır. Normalda yaşlandıqca telomerlər qısalır və bu, ölüm riskini artırır. Branyasda bu ucların demək olar ki, tükəndiyi görülsə də, mütəxəssislər bunun bir üstünlüyə çevrildiyini düşünürlər:

Hüceyrələrin sürətlə yaşlanıb ölməsi, xərçəngli hüceyrələrin bədəndə çoxalmasının qarşısını almış ola bilər.