D Vitamini - Faydaları, çatışmazlıq əlamətləri və artıran qidalar

D vitamini kalsiumun bədən tərəfindən sorulmasına kömək edərək sümüklərin güclənməsində həlledici rol oynayır. O, sümüklərin incəlməsinin və sümük əriməsinin (osteoporoz) qarşısını alır. İki əsas forması vardır: D2 və D3.

D Vitamini - Faydaları, çatışmazlıq əlamətləri və artıran qidalar
D vitamini kalsiumun bədən tərəfindən sorulmasına kömək edərək sümüklərin güclənməsində həlledici rol oynayır. O, sümüklərin incəlməsinin və sümük əriməsinin (osteoporoz) qarşısını alır. İki əsas forması vardır: D2 və D3.

meqale.com xəbər verir ki, D Vitamini səviyyəsini sürətlə qaldırmaq üçün üç mənbədən istifadə olunur:

Hər gün 15-30 dəqiqə günəş altında qalmaq (dərinin birbaşa təması ilə).

Yağlı balıqlar və zənginləşdirilmiş qidaların istehlakı.

Əksiklik şiddətli olduqda həkim nəzarəti ilə qəbul edilən preparatlar (səviyyənin normallaşması adətən 4-6 həftə çəkir).

Təbiətdə D vitaminin ən zəngin mənbəyi balıqlardır.

Yağlı balıqlar: Qızılbalıq (somon), tunes (ton), skumbriya, nərə balığı, sardiniya.

Dəniz məhsulları: İlbiz və krevet.

Heyvan mənşəli qidalar: Balıq qaraciyəri yağı (treska yağı), mal qaraciyəri, yumurta sarısı, pendir.

Zənginləşdirilmiş qidalar: Bəzi süd məhsulları, soya südü, badam südü, portağal şirəsi və yulaf əzməsi.

Çatışmazlıq Əlamətləri Əgər bədəninizdə D vitamini azdırsa, aşağıdakı simptomları hiss edə bilərsiniz:

Əzələ və sümük ağrıları;

Xroniki yorğunluq və depressiya;

Əllərdə və ayaqlarda qarışqa gəzməsi hissi;

Saç tökülməsi və iştahsızlıq;

Yaraların gec sağalması və tez-tez sümük qırıqları.

D Vitamini Səviyyəsi Nə Qədər Olmalıdır? Qan analizi zamanı nəticələr belə qiymətləndirilir:

Yetərli: 20 ng/mL (50 nmol/L) və yuxarı.

Çox aşağı: 12 ng/mL (30 nmol/L) altı (sümükləri zəiflədir).

Həddindən artıq yüksək: 50 ng/mL (125 nmol/L) yuxarı (sağlamlıq problemlərinə yol aça bilər).

Gündəlik Ehtiyac (IU ilə) 0-12 ay: 400 IU

1-70 yaş: 600 IU

71 yaşdan yuxarı: 800 IU

Hamilə və süd verən analar: 600 IU