“Kenan Yıldızın adı mənimlə bağlıdır”

Türkiyəli pop ulduz Kenan Doğulu Türkiyə millisinin və "Yuventus"un oyunçusu Kenan Yıldızla bağlı maraqlı fakt səsləndirib.

“Kenan Yıldızın adı mənimlə bağlıdır”
Türkiyəli pop ulduz Kenan Doğulu Türkiyə millisinin və "Yuventus"un oyunçusu Kenan Yıldızla bağlı maraqlı fakt səsləndirib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, o bu barədə "Arem& Arman"ın yutub kanalına müsahibəsi zamanı danışıb. 

Pop ulduz "milli komandada ən çox sevdiyiniz oyunçu kimdir?" sualına bu cavabı verib: "Çox gözəl sualdır. Əvvəla təbii ki, Kenan Yıldız. Amma yaxın dostlarım Hakan, Barış Alper və Abdülkerim Bardakçı da var. Onları ayırmaq çətindir. Amma Kenan Yıldızla ayrı bir bağım var. Onun adınının qoyulma səbəbi mən olduğum üçün...

K.Yıldızın ana və atası nişanlı olan zamanlarda Dinardakı zəlzələdə onlara gitara çalmışdım. Yalnız zəlzələdən 90 gün sonra onların üzü gülmüşdü. Bu zaman Kenanın atası həyat yoldaşına demişdi ki, "bir gün oğlumuz olsa, adını Kenan qoyarıq". Buna görə də K. Yıldızın yeri məndə başqadır".