Ayran pəhrizi ilə sağlam arıqlayın
Formada qalmaq və kilo vermək istəyənlər yeni pəhriz siyahıları ilə maraqlanırlar.
meqale.com axşam.az-a istinadən ən məşhur pəhrizlərdən biri olan ayran pəhrizini təqdim edir:
A vitamini ilə zəngin olan ayran pəhrizi vasitəsilə 1 həftədə 5 kiloqram vermək mümkündür. Ayran həm qısa müddət ərzində sizə gözlədiyiniz nəticəni verəcək, həm də C, D, E, K, B6, B12 vitaminləri ilə zəngin olduğu üçün sağlamlığınızın qeydinə qalacaq. Eyni zamanda ayran orqanlarınızın düzgün işləməsinə kömək edir. Ayran pəhrizi duzsuz, yağsız evdə hazırlanan qatıq ilə təxminən 1 həftə müddətində edilir.
Ayranın sağlamlığa faydaları:
Bədənin kalsiuma olan ehtiyacını ödəyir, hərarəti alır, qəbizliyin qarşısını alır, qan təzyiqini azaldır, mədə xorasına kömək edir, sümüklərin əriməsinin qarşısını alır.
Pəhrizin qaydası:
İlk gün Səhər 3 stəkan ayran, günorta 3 stəkan ayran, axşam 3 stəkan ayran və yağsız toyuq.
II gün Səhər 3 stəkan ayran, günorta 2 stəkan ayran, axşam 1 stəkan ayran və meyvə
III gün Səhər 2 stəkan ayran, günorta 2 stəkan ayran, axşam 1 stəkan ayran, tərəvəz
IV gün Səhər 2 stəkan ayran, günorta 2 stəkan ayran, axşam 1 stəkan ayran və partladılmış qarğıdalı
V gün Səhər 2 stəkan ayran, günorta 2 stəkan ayran, axşam 1 stəkan ayran ilə təbii su
VI gün Səhər 2 stəkan ayran, günorta 2 stəkan ayran, axşam 1 stəkan ayran və təbii bitki çayı
VII gün Səhər 2 stəkan ayran, günorta 2 stəkan ayran, axşam 1 stəkan ayran və tərəvəz supu.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun