ŞƏT-in müşahidəçilər missiyası Bakıya gəldi

Azərbaycanda 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkilərini izləmək üçün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidəçilər missiyası Bakıya gəlib.

meqale.com xəbər verir ki, ŞƏT-in mətbuat xidmətindən məlumat yayıb.

Məlumata görə, müşahidəçilər missiyasına ŞƏT-in Baş katibi Çjan Min başçılıq edir.

Qeyd edək ki, ŞƏT-ə dəvət Azərbaycan Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilib.