Azərbaycan dünyanın üzləşdiyi çağırışların həllinə, müzakirəsinə töhfə verib - Quterreş

İqlim dəyişikliyi üzləşdiyimiz ən başlıca çağırışlardandır və bütün millətlərə təsir edir.

Azərbaycan dünyanın üzləşdiyi çağırışların həllinə, müzakirəsinə töhfə verib - Quterreş
İqlim dəyişikliyi üzləşdiyimiz ən başlıca çağırışlardandır və bütün millətlərə təsir edir.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər İclası zamanı BMT-nin Baş katibi Antonio Quterreşin təşkilata ünvanladığı məktubu oxuyarkən deyib.

"Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə dünyanın üzləşdiyi çağırışların həllinə, müzakirəsinə töhfə verib",- deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər İclası keçirilir. İclasda Qoşulmama Hərəkatına üzv ölkələrin təmsilçiləri iştirak edir. Tədbir iyulun 6-dək davam edəcək.

Xatırladaq ki, Azərbaycanın da daxil olduğu 120 üzv dövlət, 18 müşahidəçi və 10 Beynəlxalq Təşkilat Qoşulmama Hərəkatının tarixində mühüm rol oynayıb.

meqale.com