Azərbaycan iqlim dəyişikliyinə töhfəsini verəcək - Xorvatiyanın sabiq prezidenti

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 olduqca əhəmiyyətli tədbirdir.

Azərbaycan iqlim dəyişikliyinə töhfəsini verəcək - Xorvatiyanın sabiq prezidenti
Azərbaycanın ev sahibliyi edəcəyi COP29 olduqca əhəmiyyətli tədbirdir.

meqale.com bildirir ki, bunu Trend-ə açıqlamasında Xorvatiyanın sabiq prezidenti İvo Yosipoviç deyib.

O qeyd edib ki, Azərbaycan hər zaman beynəxalq əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi edib.

"Dünyanın müxtəlif yerlərindən dövlət və hökümət rəsmiləri Azərbaycana gələrək, COP29-da iştirak edəcək. Bunun özü də böyük göstəricidir. Bu təbdirdə baş tutacaq müzakirə və danışıqların nəticələri bütün dünya, insanlıq və bəşəriyyət üçün faydalı olacaq.

İnanıram ki, Azərbaycan COP29-a ev sahibliyi edərək, iqlim dəyişikliyinə öz töhfəsini verəcək",- deyə o bildirib.

Qeyd edək ki, COP29 11-12 noyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək.

Xatırladaq ki, COP29 konfransının Azərbaycanda keçirilməsi barədə rəsmi qərar 2023-cü il dekabrın 11-də Dubayda elan olunub.

meqale.com Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun