Azərbaycan və Türkiyənin opera teatrları birgə layihələr həyata keçirəcək
Azərbaycan və Türkiyənin opera müəssisələri arasında birgə layihələr nəzərdə tutulur.
meqale.com xəbər evrir ki, Dövlət Akademik Opera və Balet Teatrı ilə Türkiyə Dövlət Opera və Balet Baş Direktorluğu arasında mövcud əməkdaşlıq məsələləri müzakirə olunub.
Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov ilə Türkiyə Dövlət Opera və Balet Baş Direktorluğunun rəhbəri Tan Sağtürkün görüşündə birgə layihələr, qarşılıqlı qastrol proqramlarının hazırlanması, solistlərin və yaradıcı kollektivlərin mübadiləsi, habelə hər iki teatrda mütəxəssislər tərəfindən ustad dərslərinin təşkili ilə bağlı razılığa gəlinib.