Mənzurənin mərhum türk müğənnini lağa qoyması QINANDI - VİDEO
Müğənni Mənzurə Musayeva türkiyəli mərhum sənətçi İbrahim Erkal haqqında verilən sualı cavablandırarkən onu tanımadığını bildirməsi və həmin an aparıcı ilə birlikdə gülməsi sosial şəbəkədə böyük narazılıq doğurub.
meqale.com xəbər verir ki, veriliş zamanı mərhum müğənninin adının çəkilməsinə baxmayaraq Musayevanın tərəddüd etməsi və sanki məsxərəyə qoyarmış kimi münasibət göstərməsi izləyicilərin qıcığına səbəb olub.
Sosial media istifadəçiləri sənətçinin bu davranışını hörmətsiz və yersiz adlandıraraq tənqid ediblər.