"İskəndər" raketinin yaradıcısı öldü - FOTO

"Topol" və "İskəndər" raketlərinin yaradıcısı kimi tanınan raket texnologiyası üzrə dizayner Valerian Sobolev Rusiyada dünyasını dəyişib.

"Topol" və "İskəndər" raketlərinin yaradıcısı kimi tanınan raket texnologiyası üzrə dizayner Valerian Sobolev Rusiyada dünyasını dəyişib.

meqale.com xəbər verir ki, Sobolevin ölümü ilə bağlı Rusiya mətbuatı məlumat yayıb .

Sovet və Rusiya raket texnologiyaları üzrə dizayner Valerian Sobolev 88 yaşında Rusiyada vəfat edib 

Sobolev "Pioner" mobil raket kompleksi, "Pioneer UTTH" və "Pioneer-3" modifikasiyaları üçün buraxılış qurğuları və yerüstü avadanlıqların yaradılması üzrə dizayn işlərinə rəhbərlik etmişdir.

Onun ən məşhur dizaynları "Topol" qitələrarası ballistik raketləri olan mobil raket kompleksi, həmçinin "İskəndər" operativ-taktiki raket kompleksi olub.