Canlı yayım açıb "Quran"ı yandırdı, saxlanıldı - FOTO
Tekirdağda sosial mediada canlı yayım edərək "Qurani-Kərimi" və türk bayrağını yandırmağa cəhd edən şəxs saxlanılıb.
meqale.com xəbər verir ki, Tekirdağda sosial şəbəkədə canlı yayımda olan U.Ç. Quran və türk bayrağı yandırmağa cəhd edib. Canlı yayımı izləyən şəxslər hadisə ilə bağlı dərhal polisə xəbər verib və şübhəli şəxs saxlanılıb.
Bildirilib ki, U.Ç haqqında istintaq başlayıb.