Azərbaycanda ən ağır su çatışmazlığı olan region açıqlandı

Azərbaycanda ən ağır su çatışmazlığı olan region Şamaxı-Qobustan zonasıdır.

Azərbaycanda ən ağır su çatışmazlığı olan region açıqlandı
Azərbaycanda ən ağır su çatışmazlığı olan region Şamaxı-Qobustan zonasıdır.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu "HİDROLOQ" MMC-nin baş mütəxəssis, texnika elmləri doktoru, əməkdar mühəndis Əhməd Məmmədov Bakı Su Həftəsi Beynəlxalq Konfransında ("Baku Water Week Conference") deyib.

O bildirib ki, bu zonalar Bakıya çox yaxındır, həm də turizm və kənd təsərrüfatının inkişafı üçün əlverişlidir.

"Çox təəssüflər olsun ki, ərazidə su çatışmazlığı olduğu üçün çox ciddi sıxıntılar yaranır. Bunu, əsasən, yay aylarında müşahidə edirik. Şamaxı və Qobustan şəhəri şəhər olaraq su ilə təmin olunublar, amma bu zonada 38 kənd ciddi su sıxıntısı ilə qarşı-qarşıyadır, bulaqlar quruyur, su yoxdur.

Təklif edirik ki, Ağsu çayının bir qolu üzərində, Basqal kəndinin ərazisində bir su anbarı tikilsin. Girdimançayın istifadə olunmayan su ehtiyatının bir hissəsi bura axıdılır və bu anbardan da Şamaxı şəhərinin girişinə su veririk.