Azərbaycanda "Jiquli" istehsal oluna bilər

"AvtoVAZ" şirkəti Azərbaycanda "Lada" avtomobillərinin istehsalına başlamaq üçün danışıqlar aparır. Şirkətin prezidenti Maksim Sokolov danışıqların müsbət nəticələnəcəyinə ümid edir.

Azərbaycanda
"AvtoVAZ" şirkəti Azərbaycanda "Lada" avtomobillərinin istehsalına başlamaq üçün danışıqlar aparır. Şirkətin prezidenti Maksim Sokolov danışıqların müsbət nəticələnəcəyinə ümid edir.

meqale.com lente istinadən bildirir ki, "AvtoVAZ"ın Azərbaycandakı nümayəndə heyəti "Lada"nın irimiqyaslı yığılması üçün istehsal gücünü təhlil edir. Sokolov məsələnin 2024-cü ilin yazında irəliləyəcəyini gözləyir.

Şirkət "Tolyatti", "İjevsk" və Sankt-Peterburqda istehsal müəssisələrinin sahibidir. İl ərzində 352,6 min avtomobil istehsal edir.