Bakı 2026-cı il Dünya İdman Paytaxtı elan olunub
Dünya İdman Paytaxtı titulu rəsmi olaraq Monakodan Bakıya təhvil verilib, bununla da Azərbaycan paytaxtı 2026-cı il üzrə Dünya İdman Paytaxtı elan olunub.
meqale.com xəbər verir ki, bu münasibətlə dekabrın 16-də dövlət rəsmilərinin və Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES) nümayəndələrinin iştirakı ilə Dünya İdman Paytaxtları xatirə lövhəsinin rəsmi imzalanma mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, ACES-nin prezidenti Mr. Gian Francesco Lupattelli, ACES-nin baş katibi Mr. Hugo Alonso Castanon, Monaka knyazlığının sabiq Təhsil, Gənclər və İdman naziri Ms. Isabelle Claude Aline Bonnalın iştirakı ilə keçirilib.