Bakı metrosu iş rejimini dəyişəcək

28 May - Müstəqillik Günü ilə əlaqədar sabah "Bakı Metropoliteni" QSC-də iş rejiminə dəyişikliklər ediləcək.

Bakı metrosu iş rejimini dəyişəcək
28 May - Müstəqillik Günü ilə əlaqədar sabah "Bakı Metropoliteni" QSC-də iş rejiminə dəyişikliklər ediləcək.

meqale.com bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, həmin gün "Həzi Aslanov-28 May" sahəsində qatarların hərəkət intervalı saat 07:00-dan 21:00-dək 2 dəqiqə 30 saniyə təşkil edəcək. Yaşıl və Qırmızı xətlərin birləşdiyi "28 May" stansiyasından sonra "İçərişəhər" və "Dərnəgül" istiqamətlərində və əksinə, qatarların hərəkət intervalı 2 dəfə çox olacaq.

Sərnişin axınının istiqamətlərindən asılı olaraq, ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yarandığı təqdirdə xəttə buraxılacaq.

Bayram günü "Bakmil" stansiyasına da qatarların daxil olub-çıxma vaxtları dəyişdiriləcək. Bu istiqamətdə hərəkət edən sərnişinlərdən şənbə günü cədvəlindən istifadə etmələri xahiş olunur.