Bu, birbaşa BMT Təhlükəsizlik Şurasının məsuliyyətidir - Dennis Fransis

Dünyada sülhün bərqərar edilməsi birbaşa BMT Təhlükəsizlik Şurasının məsuliyyətidir.

Bu, birbaşa BMT Təhlükəsizlik Şurasının məsuliyyətidir - Dennis Fransis
Dünyada sülhün bərqərar edilməsi birbaşa BMT Təhlükəsizlik Şurasının məsuliyyətidir.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu BMT Baş Assambleyasının 78-ci prezidenti Dennis Fransis XI Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

"Dünyada qarşıdurmaların, münaqişələrin sonlanması üçün BMT öz nizamnaməsinə dəyişiklik etməlidir. Bunun üçün xüsusi sessiya çağırılmalıdır. Biz artıq beynəlxalq ictimaiyyətə öz etirazımızı bildirməliyik.

Azərbaycanın beynəlxalq tərəfdaşlığını yüksək dəyərləndirirəm. Qoşulmama Hərəkatına sədrlik dövründə çox böyük töhfələr verdi",- deyə o bildirib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.