Bakıda 23 yaşlı gənci avtomobil vurub
Bakının Xəzər rayonununda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com report.az-a istinadən bildirir ki, Binə qəsəbəsində avtomobil yolu keçən 2001-ci il təvəllüdlü Rəhimli Hakim Maarif oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.