Bakıda 26 yaşlı oğlanı qətlə yetirən şəxs tutulub - YENİLƏNİB - VİDEO

12:50 Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Bakıda 26 yaşlı oğlanı qətlə yetirən şəxs tutulub - YENİLƏNİB - VİDEO
12:50 Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Sabunçu rayon prokurorluğundan meqale.com-a verilən məlumata görə, martın 9-u, saat 21 radələrində paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 1998-ci il təvəllüdlü Səbuhi Əhmədlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1985-ci il təvəllüdlü Əli Eybatovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Səbuhi Əhmədlini qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Əli Eybatov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

-------- 12:06 Martın 9-da saat 21:30 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində 1998-ci il təvəllüdlü Əhmədli Səbuhi Arif oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

meqale.com baku.ws-ə istinadən hadisə anının anbaan videosunu təqdim edir:

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun