Bakıda 41 yaşlı qadın yol qəzasında xəsarət alıb
Bakının Sabunçu rayonunda 41 yaşlı qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
meqale.com report.az-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1983-cü il təvəllüdlü Əlibabayeva Elnarə Rafiq qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.