Bakıda binada yanğın olub - yenilənib - FOTO

20:31

Bakıda binada yanğın olub - yenilənib - FOTO
20:31

Xəbər verdiyimiz ki, Bakı şəhərinin Nərimanov rayonu, F.Yusifov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

meqale.com xəbər verir ki, bu barədə FHN məlumat verib.

Məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumilikdə 8 mənzilin yerləşdiyi ikimərtəbəli binanın birinci mərtəbəsində ümumi sahəsi 98kv.m. olan mənzilin eyvanı 15 kv.m. sahədə, ikinci mərtəbəsində ümumi sahəsi 40kv.m. olan mənzilin artırması 30kv.m. sahədə və 5 ədəd şam ağacı yanıb.

Binanın böyük hissəsi və ətrafdakı digər ağaclar yanğından mühafizə olunub.

----------- 18:42

Bakı şəhəri, Nərimanov rayonunda yaşayış binasında söndürülüb.

Bu barədə APA-nın əməkdaşı xəbər verir.

Yanğın qısa müddətdə söndürülüb.

------------- 18:19 Bakı şəhəri, Nərimanov rayonunda yaşayış binasında yanğın başlayıb.