Bakıda keçmiş məhkum bank yarmaq istədi - ANBAAN VİDEO

Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi əməkdaşları tərəfindən alınıb.

Bakıda keçmiş məhkum bank yarmaq istədi - ANBAAN VİDEO
Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi əməkdaşları tərəfindən alınıb.

meqale.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisləri tərəfindən alınıb. Ötən gecə xüsusi texniki vasitələrlə qorunan obyektdən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub. Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə çevik reaksiya göstərilib.