Bayden Ermənistanı məyus etdi

Azərbaycanın nüfuzu günü-gündən artmaqdadır. Davos Dünya İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı qədər vacib rola malik forumun Bakıda keçirilməsi bunu deməyə əsas verir. Ölkə başçısının şəxsi nüfuzu sayəsində baş tutan belə mühüm görüşlər düşmənlərimizi ciddi şəkildə narahat edir.

Bayden Ermənistanı məyus etdi
Azərbaycanın nüfuzu günü-gündən artmaqdadır. Davos Dünya İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı qədər vacib rola malik forumun Bakıda keçirilməsi bunu deməyə əsas verir. Ölkə başçısının şəxsi nüfuzu sayəsində baş tutan belə mühüm görüşlər düşmənlərimizi ciddi şəkildə narahat edir.

Məğlubiyyətdən sonra dalana dirənən Ermənistan Azərbaycanın uğurlarını aşkar şəkildə qısqanır, onlar sülh prosesini mümkün qədər uzatmağa çalışır, Azərbaycanın dostları ilə əlaqələrinə mane olmağa, münasibətləri pozmağa çalışırlar. Fransa tərəfindən silahlandırılaraq müharibəyə hazırlaşdırılan Ermənistan Azərbaycanın digər ölkələrlə münasibətlərini pozmaq üçün əlindən gələni edir.

Azərbaycanın Cənubi Qafqazda sabitliyi təmin etməsindən xoflanan qüvvələr ölkəmizin güclənməməsi üçün daim təxribatlara əl atırlar. Azərbaycanın ABŞ və Qərblə münasibətlərinə zərbə vurmağa çalışanlar müxtəlif yollarla münasibətlərin pozulmasını istəsələr də, məqsədlərinə nail ola bilmirlər. Məhz ABŞ prezidenti Co Baydenin bugünkü məktubu bunun bariz nümunəsidir.

Prezidentin mətbuat xidmətindən verilən məlumata görə bugün Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Novruz bayramı münasibəti ilə təbriklərini çatdıran ölkə başçısı İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını yetirib: "Novruz bayramınızın dinc, firavan və sevincli keçməsini diləyirəm.Yenilənmə və düşünmə fəslini qeyd etdiyimiz bir vaxtda Amerika Birləşmiş Ştatları ölkələrimiz arasında tərəfdaşlığa və gələcək nəsillər üçün regionda təhlükəsizliyi təşviq edəcək, Azərbaycan və Ermənistan arasında möhkəm və ləyaqətli sülhə nail olunmasına davamlı sadiqliyini bir daha təsdiq edir. Bu il ərzində regional bağlılığın irəlilədilməsi və iqtisadi inkişafın genişləndirilməsi üçün Sizinlə birgə çalışmağı arzu edirəm", - məktubda qeyd olunub.

Azərbaycanla birgə çalışmaq istədiyini qeyd edən Baydenin məktubu Erməniləri məyus edib. Münasibətləri korlamağa çalışan Ermənistanın niyyətinin baş tutmadığı görünür. ABŞ prezidentinin məktubundakı ifadələr sübut edir ki, Amerika Azərbaycanın regiondakı nüfuzunu, hansı rola malik olduğunu çox yaxşı bilir və izləyir. Ümumiyyətlə, bu günlərdə bütün dünyanın gözü Bakıdadır. Məlum olduğu kimi, Azərbaycanda Xl Qlobal Bakı Forumunun üçüncü günü keçirilir. Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edir.

İslam meqale.com