Beynəlxalq Muğam Mərkəzi “Muğam mühazirələri” gecələri başlanır
Beynəlxalq Muğam Mərkəzi tərəfindən həyata keçirilən "Azərbaycan muğamı" adlı yeni layihə çərçivəsində martın 17-dən "Muğam mühazirələri" gecələrinə başlanılacaq. "Muğam mühazirələri" tanınmış xanəndə, pedaqoq, Əməkdar incəsənət xadimi Aqil Məlikovun rəhbərliyi ilə gerçəkləşəcək.
Muğam konserti şəklində təqdim olunacaq ədəbi-bədii gecədə muğam və qəzəlin bir-biri ilə bədii-estetik, lirik-emosional bağlılığı, qəzəllərin məzmunu, obrazlılığı, muğam musiqisinə təsiri mövzusunda çıxışlar dinləniləcək. Qəzəl janrının muğam ifaçılığında əhəmiyyətindən danışılacaq, muğam dəsgahları və təsniflər təqdim olunacaq.
Tədbirə giriş sərbəstdir.