Bir evdə 4 nəfər dəm qazından zəhərləndi - Ölən var
Biləsuvarda 4 nəfər dəm qazından zəhərlənib.
meqale.com APA-ya istinadən bildirir ki, ötən gün Biləsuvar rayonu ərazisində Cəbrayıl rayon məcburi köçkünləri üçün inşa edilmiş 2 saylı qəsəbədə yaşayan Allahverdiyev Yusif Xalıqverdi, Ağayev Coşqun Zakir, Ağazadə Zahir Yavər oğlu və Şəbnəm Allahverdiyeva dəm qazından zəhərlənib.
Onlar xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq Şəbnəm Allahverdiyeva ölüb.