BMT TŞ münaqişələri həll edə bilmir - İsveçrənin sabiq prezidenti
XXI əsrdə problemsiz dünyada yaşamaq mümkün deyil.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu İsveçrənin sabiq prezidenti Mişeline Kalmi-Rey XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasında çıxışı zamanı deyib.
"Dünyanı bərpa üçün atılan addımlar kağız üzərində qalır. Hər şey böyük güclərdən, onların qanunlara hörmətlə yanaşmasından aslıdır. Problem odur ki, böyük güclər qanunun aliliyinə biganə yanaşırlar. Beləliklə, ölkələr ekstremizmdən əziyyət çəkir.
Çoxtərəfli təsisatlar bu problemlərə həll yolu tapa bilmir. BMT TŞ münaqişələri həll edə bilmir", - deyə o bildirib.