Bu markaların avtomobillərini alarkən diqqətli olun - Tıxaca səbəb olurlar
Yollardakı tıxaclar, xüsusən səhər və axşam pik saatlarda yaranan sıxlıq hamımızı bezdirən əsas hallardan biridir. Müşahidələr göstərir ki, yollarda tıxacların yaranmasının səbəblərindən biri hansısa avtomobilin xarab olmasıdır.
Bəs görəsən, hansı avtomobillər daha çox xarab olur və texniki baxışa tez-tez ehtiyac duyur?
meqale.com xəbər verir ki, nəqliyyat eksperti Elməddin Muradlı lente açıqlamasında bildirib ki, sürücülər avtomobillərə vaxtında qulluq etmədikləri üçün tıxaclar yaranır:
"Texniki nasaz avtomobillərin yollarda qalması halları son vaxtlar daha çox müşahidə edilir. Bunun əsas səbəbi odur ki, sürücülər nəqliyyat vasitələrinə vaxtında texniki qulluq göstərmirlər, yola çıxmamışdan əvvəl avtomobilin texniki sazlığına əmin olmurlar, yoxlamırlar. Bu da digər sürücülərin əziyyət çəkməsinə səbəb olur. Konkret olaraq, hansısa marka avtomobilin adını hallandırmağı düzgün hesab etmirəm, çünki ən son modelin belə, elektrik sistemindəki problemə, hansısa texniki nöqsana görə yolda sönüb qalması halı yarana bilər. Sözsüz ki, burada təsadüfi hadisələr də olur, amma təhlillərimizə əsasən deyə bilərəm ki, bizdə sürücülər nəqliyyat vasitələrinə texniki qulluq göstərmək anlayışından uzaqdırlar. Onlar niyəsə gözləyirlər ki, avtomobil tam xarab olsun, sürülə bilməyəcək vəziyyətə çatsın, sonra ustaya aparsınlar. Təbii ki, bu, belə olmalı deyil. Dövrü texniki müayinə, qulluq mütləq vaxtında həyata keçirilməlidir".
Nəqliyyat eksperti Eldəniz Cəfərov isə əksinə bildirib ki, avtomobillər tıxaclar səbəbindən xarab olur:
"Bakı şəhərində avtomobillərin daha çox xarab olması tıxaclarda baş verir. Saatlarla yolda qalan, sıxlıqla hərəkət edən avtomobillərdə müəyyən fəsadlar peyda olur. Əsasən mühərrikin qızması, soyutma sistemindəki problemlər avtomobillərdə nasazlıq yaradır".
Avtomobil ustası Sahil Ağabəyli açıqlamasında markalar üzrə avtomobillərdə yarana biləcək problemlər barədə danışıb: