Oğlunu oyuna daxil etdi – matçdan sonra böyük qalmaqal yarandı - FOTO

UEFA Avropa Liqasının 5-ci turunda Feyenoord-un Celtic-ə 3:1 hesabı ilə uduzduğu görüşdə ən çox müzakirə olunan məqam nəticə deyil, komandanın baş məşqçisi Robin van Persinin 81-ci dəqiqədə öz oğlu Şakil van Persini oyuna buraxması olub. Bu qərar sosial şəbəkələrdə geniş tənqidlərə səbəb olub və "peşəkarlığa uyğun olmayan qərar" kimi şərhlərlə gündəmə düşüb.

meqale.com xəbər verir ki, Robin van Persi komandasının qola ehtiyacı olduğu anda 17 yaşlı hücumçu olan oğlu Şakil van Persini meydana daxil etdi. Feyenoordun akademiyasında çıxış edən Şakil bu matçda ilk dəfə belə kritik bir anda şans qazandı.

Gənc baş məşqçi səslənən iradlara belə cavab verib: "Oğlumu oyuna salmaq qərarını bir ata kimi deyil, bir məşqçi kimi verdim. Qola ehtiyacımız vardı və Şakil bu vəzifə üçün hazır idi. Hətta o anın dadını çıxarmağa belə imkanım olmadı; mən sadəcə işimi görürdüm."

Van Persie həmçinin vurğulayıb ki, dəyişiklik tamamilə oyunun tələblərindən doğub və emosional heç bir tərəfi yoxdur.

Feyenoordun gənclər sistemində uzun müddətdir forma geyinən 17 yaşlı Şakil Hollandiyada gələcəyin perspektivli hücumçularından biri kimi tanınır. Celtic matçı isə onun karyerasında ilk dəfə bu qədər həlledici bir anda meydana daxil olduğu qarşılaşma olub.