Bu ölkədə Ramazana görə iş saatı qısaldıldı
BƏƏ-də İnsan Resursları və Əmirlik Nazirliyi Ramazan ayı ərzində iş vaxtını 2 saat qısaltmaq qərarına gəlib.
meqale.com modern.az-a istinadən xəbər verir ki, ölkədəki şirkətlər də Ramazan ayı ərzində gündəlik iş saatları daxilində və işin xüsusiyyətinə uyğun olaraq çevik və ya uzaqdan iş qrafiklərinə riayət etmək imkanı əldə edəcəklər.
İş saatlarının tənzimlənməsi həm oruc tutan, həm də oruc tutmayan işçilərə tətbiq edilərək, onların Ramazan ayında mənəvi fəaliyyətlərdə və mədəni təcrübələrdə iştirakını asanlaşdıracaq.