Cəlilabadda yol qəzasında ölən şəxsin kimliyi məlum olub - YENİLƏNİB

19:11

Cəlilabadda yol qəzasında ölən şəxsin kimliyi məlum olub - YENİLƏNİB
19:11

Cəlilabadda yol qəzasında ölən şəxsin kimliyi məlum olub.

meqale.com xəbər verir ki, BDYPİ mətbuat xidmətindən "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, hadisə saat 15:30 radələrində Ələt-Astara magistralının 123 km-də Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

"Hyundai Getz" markalı minik avtomobili Astara istiqamətində hərəkətdə olarkən, eyni istiqamətdə Lənkəran rayon sakini, 1957-ci il təvəllüdlü Şamil Suli oğlu Mirzəyevə məxsus nasaz vəziyyətdə dayanan "Mercedes" markalı avtomobilə arxadan çırpılıb.

Qəza nəticəsində "Mercedes" avtomobilinin yanında dayanan sürücü Ş.Mirzəyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

-------- 18:27 Ələt-Astara avtomobil yolunda ağır yol qəzası baş verib.

meqale.com report-a istinadən xəbər verir ki, qəza yolun 123-cü km-də Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, daha biri isə xəsarət alıb.

Hazırda onların şəxsiyyəti və hadisənin təfərrüatları dəqiqləşdirilir.