ÇL-də erkən final: “Real Madrid” “Mançester Siti”yə, PSJ “Barselona”ya rəqib oldu
Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib.
meqale.com oxuya istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində 1/4 final, yarımfinal və finalın püşkatma mərasimi baş tutub.
1/4 final mərhələsində qarşılaşacaq cütlüklər aşağıdakılardır:
"Arsenal" - "Bavariya"
"Atletiko Madrid" - "Dortmund"
"Real Madrid" - "Mançester Siti"
PSJ - "Barselona"
Yarımfinal:
"Atletiko" - "Borussiya" cütünün qalibi / PSJ - "Barselona" cütünün qalibi
"Arsenal" - "Bavariya" cütünün qalibi / "Real" - "Mançester Siti" cütünün qalibi